Пятница, 04.19.2024, 11:23 PM
Ərəbşünas Tələbələrimin Uğurları
Ana səhifə | Qeydiyyat!<----> | Вход Приветствую Вас Гость | RSS
Bölmələr
Bölmələr
Мои статьи [1]
Mini-chat
Sorğumuz
Saytımızı bəyənirsinizmi?
Ümumi cavab: 0
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » Статьи » Мои статьи

24.12.2014-cü il tarixində keçirilən "Beynəlxalq Ərəb dili günü" tədbiri

 

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini və səfirliklərin nümayəndələrini tədbirdən əvvəl qəbul etdi. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. “Beynəlxalq ərəb dili günü” münasibətilə təbriklərini çatdıran rektor Səməd Seyidov bu günün universitetdə keçən tədris ilində də qeyd olunduğunu xatırlatdı. Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan rektor Səməd Seyidov bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırdı. Səməd Seyidov Azərbaycan və ərəb dili arasında oxşarlıqların olduğunu da sözlərinə əlavə etdi.

İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak səmimi qəbula görə təşəkkür etdi. Belə tədbirlərin keçirilməsini gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində uğurlu bir addım kimi qiymətləndirən səfir ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərliyi ilə qarşılıqlı əlaqələrin günü-gündən inkişaf etdiyini söylədi.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ilk öncə bu günkü tarixin Azərbaycan Respublikası üçün önəmli olduğunu xatırladaraq Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd etdi və təbriklərini ifadə etdi. Rektor Səməd Seyidov daha sonra çıxış edərək ərəb diplomatlarını “Beynəlxalq ərəb dili” günü münasibətilə təbrik etdi. Bu günün əlamətdar hadisə olduğunu söyləyən rektor Səməd Seyidov “Beynəlxalq ərəb dili günü”nün Azərbaycan Dillər Universitetində qeyd olunmasının xüsusi şərəf olduğunu diqqətə çatdırdı. Bir müddət öncə universitetdə yalnız Avropa dillərinin öyrədildiyini deyən rektor hal-hazırda təhsil müəssisəsində tədris olunan 22-ə yaxın dilin içərisində Ərəb dilinin tədrisinin də tələbələrin marağına səbəb olduğunu bildirdi. Keçən tədris ilində “Beynəlxalq ərəb dili günü”nün qeyd olunduğunu xatırladan rektor Səməd Seyidov bu hadisəni ADU-da ənənəvi tədbirlər siyahısına əlavə etməyin məqsədəuyğun olduğunu söylədi. Azərbaycanda sürətli inkişaf mərhələsi yaşandığını deyən rektor, professor Səməd Seyidov Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açdı. İslam dünyası birliyinin vacib məsələ olduğunu vurğulayan ADU-nun rektoru bu birliyə söykənərək gələcək uğurlara birgə imza atmağa səslədi.

Tədbirdə çıxış edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak hər kəsi bu gün münasibətilə təbrik etdi. O, ərəb dilinin digər dillərdən daim fərqləndiyini qeyd etdi. Ərəb dilinə olan marağın günü-gündən artmasının sevindirici hal olduğunu bildirən səfir ADU-da rektor, professor Səməd Seyidovun dəstəyi ilə “Beynəlxalq Ərəb dili günü”nün qeyd olunmasını təqdirəlayiq hal hesab etdiyini dilə gətirdi. Bu günün ənənəyə çevrilərək “Ərəb-Azərbaycan Birliyi günü” kimi qeyd olunmasının məqsədəmüvafiq olduğunu bildirdi.

Daha sonra çıxış edən şərqşünas-alim Vasif Məmmədəliyev bu bayramın qeyd olunmasından məmnun olduğunu bildirdi. Ərəb dilinin özünəməxsus cəhətlərindən danışan V. Məmmədəliyev ərəb dilində mövcud olan nümunələrdən tərcümələr edən azərbaycanlı professorların fəaliyyətindən söz açdı. O, ADU-nun rektoru, professor Səməd Seyidova ərəb dili və Ərəb ölkələri ilə olan münasibətlərin inkişafında göstərdiyi diqqətə və tədbirin keçirilməsində təqdim etdiyi geniş imkanlara görə təşəkkürlərini bildirdi. Tədbirdə ADU-nun Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin uğurları, o cümlədən universitet rəhbərliyinin ADU-da Ərəb dilinin tədrisi ilə bağlı fikirlərinin əks olunduğu videoçarx nümayiş olundu.

Категория: Мои статьи | Добавил: TheArabicStudents (08.15.2015)
Просмотров: 233 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Sayta giriş
Axtarış
Dost saytlar
  • Rəsmi səhifəmiz
  • Rəsmi qrupumuz
  • Rəsmi Twitter səhifəmiz
  • Rəsmi Instagram səhifəmiz
  • Təsisçi və Dizayner: Zeynal Zeynallı © 2024
    uCoz